"Çox vecimədir"


Şou-biznes 03 Dek 2018 11:45:00 362 0

"Çox vecimədir"

Müğənni Səmra Rəhimli "Altın kelebek" mükafatı uğrunda keçirilən seçim konsertində geyimi ilə həmkarlarını kölgədə qoya bilib.

Son.az publika.az-a istinadla xəbər verir ki, dünən "Elektra Events Hall"da "Altın kelebek" uğrunda "İlin qadın müğənnisi" nominasiyası üzrə seçim konserti baş tutub.

Tez-tez geyimləri ilə gündəm yaradan Səmra Rəhimli cəsarətli səhnə kostyumu ilə diqqət mərkəzində olmağı bacarıb. Konsert üçün dərin sinə dekolteli qara bodi və uzunboğaz çəkmə geyinən Səmra şəkillərini İnstaqram səhifəsində paylaşıb və qeyd edib ki, başqalarının geyimi haqqında nə düşündüyü onu qətiyyən maraqlandırmır:

"Fikirləşdim ki, konsert qızlar üçündür, sərbəst geyindim. Guya başqa vaxt çox vecimədir".


Xəbərə aid fotolar