“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


Digərləri 03 Dek 2018 11:13:44 267 0

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Bakı. InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib. EUR Beynəlxalq valyuta birjalarında ABŞ ilə Çinin xarici ticarətdə ilkin müsbət razılaşma əldə edtikdən sonra EUR/USD məzənnəsi də müsbət təsirlənib. Təhlillərə əsasən, 1.13$-ın üzərində ticarət edilən avronun qiyməti, bu səviyyənin üzərində 1.14$-a kimi də bahalaşa bilər. Beynəlxalq iqtisadi əlaqələrin yaxşılaşması, ümumilikdə Avrozona iqtisadiyyatına və beləliklə, avronun da qiymətinə müsbət təsir edir. Bununla yanaşı, cümə günü Bakı vaxtı ilə saat 14:00 və 17:30-da müvafiq olaraq açıqlanacaq Avrozonanın iqtisadi inkişaf və Amerikanın əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar da diqqət mərkəzində saxlanılmalıdır. GBP GBP/USD məzənnəsi də 1.28$-ı yuxarı istiqamətdə qırarsa, burada da bahalaşma 1.29$-a kimi sürətlənə bilər. İngiltərə milli valyutasının gələcək qiyməti üçün AB ilə İngiltərə höküməti arasında razılaşdırılan Breksit müqaviləsinin hər iki parlamentlərdə də qəbul edilməsi də əsas rol oynayır. Dekabr ayının 11-i İngiltərə parlamenti səs verməyə gedəcəkdir. TRY