Bakıda xəstəsi ölən həkim barəsində cinayət işi başlanıldı FOTO


Digərləri 03 Dek 2018 10:59:00 245 0

Bakıda xəstəsi ölən həkim barəsində cinayət işi başlanıldı  FOTO

Məhkəmənin vaxtı yaxın günlərdə açıqlanacaq

Bakıda tanınmış həkim barəsində cinayət işi başlanılıb.

Son.az repor"-a istinadən bildirir ki, "Elmed" Tibb Mərkəzinin cərrahı Məhəmməd Neciyevə qarşı Cinayət Məcəlləsinin (CM) 314.2-ci (səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

O, "Elmed" Tibb Mərkəzində əməliyyat zamanı dünyasını dəyişmiş Himayil Əliyevin ölümündə səhlənkarlıq etməkdə günahlandırılır.

Artıq M.Neciyevin cinayət işinin ibtidai istintaqı başa çatıb və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Vüqar Məmmədovun icraatına verilib.


Xəbərə aid foto