Azərbaycanlı "Xaricdə təhsil" adıyla yüzlərlə adamın pulunu və sənədlərini götürüb ABŞa qaçdı FOTOlar


Kriminal 03 Dek 2018 10:50:00 382 0

Azərbaycanlı "Xaricdə təhsil" adıyla yüzlərlə adamın pulunu və sənədlərini götürüb ABŞa qaçdı  FOTOlar

Ehtiyatlı olun, araşdırın, informasiya azlığınıza görə başınız ağrımasın.

Son.az xəbər verir ki, bu sözləri sosial şəbəkədə Cahangir Qarayev yazıb. Onun qeyd etdiyinə görə İsgəndər Ağayev adlı şəxs yüzlərlə həmyerlimizin sənəd və pullarını götürərək ABŞ-a qaçıb.

Son.az statusu olduğu kimi təqdim edir:

"Bir fırıldaqçı haqqında onun yaxın və uzaq ətrafına, eləcə də tanımayanlara informasiya vermək istəyirəm.

(bizə yazın: [email protected] , instagram @leveland_isgender) Azərbaycan, Bakı şəhərində fəaliyyət göstərmiş keçmiş #LEVELAND - "təhsil mərkəzi"nin rəhbəri - İsgəndər Ağayev Xaliq oğlu (Aghayev Isgandar Khalig oghlu) (26.09.1988 təvəllüdlü, Hacıqabul, Talış kənd qeydiyyatlı) yüzlərlə Azərbaycan Vətəndaşından "Xaricdə təhsil" adı ilə yüksək məbləğdə pul və lazımlı sənədlərin əslini toplayıb ailəsiylə birgə - ABŞ-a qaçıb. 

İnstagram və facebook - hesablarıma onlarla zərərçəkmiş şəxs yazıb - bildirib ki, İsgəndər Ağayev Xaliq oğlu - (dəqiq məlum olan son bir il ərzində) müxtəlif adlarla - xaricdə - magistr-bakalavr və ya sadəcə bir neçə aylıq dil kursu adı ilə vətəndaşlardan 1000-5000 dollar və daha çox məbləğdə pulları toplayıb, vacib sənədləri (xarici pasportlar, İELTS və ya digər sertifikatlar, attestatlar, diplomlar) götürüb (əvvəllər özü dediyi kimi) guya vətəndaşlarla imzaladığı (saxta) müqavilələrdə vəd verdiyi öhdəlikləri yerinə yetirmək üçün Amerikaya gedib. 2018-ci ilin iyul ayından etibarən Azərbaycanda yoxdur. 


Xəbərə aid fotolar