Yevlaxda qəza - traktor 9-cu sinif şagirdini vurub qaçdı


Digərləri 03 Dek 2018 10:02:00 238 0

Yevlaxda qəza - traktor 9-cu sinif şagirdini vurub qaçdı

Yevlaxda yol qəzası baş verib.

Bakı. Samir Əli - Yevlaxda yol qəzası baş verib. Trend-in məlumatına görə, hadisə rayonun Qoyunbinəsi kəndi ərazisində baş verib. Naməlum sürücü idarə etdiyi traktorla kənd sakini, 2003-cü il təvəllüdlü, 9-cu sinif şagirdi Zeynalov Zabit Adil oğlunu vurub hadisə yerindən qaçıb. Yaralı ağır kəllə-beyin travması ilə ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılıb.