Pilotların "halı pisləşdi", 14 reys təxirə salındı - Əsl səbəb isə...


Digərləri 03 Dek 2018 09:35:00 224 0

Pilotların "halı pisləşdi", 14 reys təxirə salındı - Əsl səbəb isə...

Hindistanın "Jet Airways" aviaşirkəti 14 reysi təxirə salıb.

Bakı. Hindistanın "Jet Airways" aviaşirkəti 14 reysi təxirə salıb. Trend-in məlumatına görə, buna səbəb qəflətən pilotların kütləvi şəkildə özlərini pis hiss etməsi olub. Məlumata görə, pilotlar son bir neçə ayı əmək haqqını ala bilməyəndən sonra belə "qəfil xəstələniblər". Bildirilir ki, əslində pilotlar şirkət rəhbərliyinin əmək haqlarını ödəməməsinə etiraz olaraq belə addım atırlar.