Azərbaycanda qeyriadi cihaz istehsal edilib


Digərləri 03 Dek 2018 08:07:00 266 0

Azərbaycanda qeyriadi cihaz istehsal edilib

Azərbaycan Texniki Universitetinin (ATU) yaradıcılıq laboratoriyasında sahibi evdə olmayarkən boş qalan mənzildə yaşayış təəssüratı yaradan cihaz istehsal edilib.

Son.az bildirir ki, bunu Trend-ə universitetin müəllimi Rəhim Əliyev deyib.

Belə cihazın ölkədə ilk dəfə istehsal olunduğunu deyən R.Əliyevin sözlərinə görə, proqramlaşdırılan taymer hərbi sahədən məişətə qədər bütün sahələrdə istifadə edilə bilər:

"Bu cihaz proqramlaşdırılmış sistemlə işləyir. Məsələn, əgər siz evdə deyilsinizsə və müəyyən müddətə səfərə getmisinizsə, arxayın olmaq üçün evdə bu cihazı qoşa bilərsiniz. Cihaz işığı yandırıb, söndürəcək, jalyüzü açıb, bağlayacaq, səs-küy salacaq və nəticədə də belə bir təəssürat yaranacaq ki, evdə kimsə var".

Belə cihazların Azərbaycanda istehsalını təklif edən R.Əliyev onu da əlavə edib ki, ATU-nun yaradıcılıq laboratoriyasında istifadəsiz qalan maşınların akkumulyatorunun sönməməsi üçün istifadə edilən cihaz da istehsal edilib.