Ermənistan ordusu cinayətkar aləmin qanunları ilə idarə olunur


Dünya 03 Dek 2018 07:28:00 257 0

Ermənistan ordusu cinayətkar aləmin qanunları ilə idarə olunur

Ermənistandakı həbsxanalarla silahlı qüvvələr arasında çoxlu oxşarlıqlar var. Hər iki sahə çox gəlirli biznesə çevrilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri mətbuata açıqlamasında Ermənistanın hüquq müdafiəçisi Vardan Arutyunyan deyib.

Onun sözlərinə görə, 1990-cı ildə ordu cinayətkar düşüncələr və ünsürlər əsasında formalaşıb. Həmin dövrdə orduya çoxlu sayda cinayətkar ünsürlər cəlb olunub. Ordu da məhz həmin cinayətkar ünsürlərin düşüncələri və "oğru qanunları" əsasında idarə olunur.

Hüquq müdafiəçisinin fikirlərini müdafiə edən mətbuat yazır ki, Ermənistanda ordu çox gəlirli biznesə çevrilib. İnsanı soruşmadan orduya çağırırlar və o, dərhal Dağlıq Qarabağa göndərilir. Sonra da onun Dağlıq Qarabağa "könüllü" getdiyi bildirilir.