Daim üşüməyin 7 SƏBƏBİ


Digərləri 03 Dek 2018 02:30:00 401 0

Daim üşüməyin 7 SƏBƏBİ

Üşümək ətrafımızdakı istiliyin anidən dəyişməsinə cavab olaraq ortaya çıxır. Dəri, damarlar və əzələlər koordinasiyalı olaraq yığılıb- açılır və isti dəyişikliyinə cavab verir. Bəs daim üşümək normaldırmı?

Son.az "ölkə.az"-a istinadən daim üşüyən və bu hissi keçirməyin 7 səbəbini oxucuları ilə bölüşür.

İnfeksiya xəstəlikləri

Xüsusən də qış aylarında soyuqdəymə, qrip, bronxit və sətəlcəm kimi xəstəliklərin ilk simptomu üşümə, titrəmə və qızdırma ola bilər. Düzgün müalicə olunmadıqda titrəmə və qızdırma orqanizmə daha ciddi ziyan vurur. Həkimin müayinəsi və düzgün müalicə nəticəsində üşümə kimi digər problemlər də həll olunur.

Anemiya

Üşümənin əsas səbəblərindən biri də qan azlığıdır. Qan azlığı əsasən qadınlarda üzə çıxır. Bunun səbəbi isə normal qidalanmama, sərt pəhrizlər, çox qan itirmək və ya həzm sistemindəki problemlər ola bilər. Müalicə olunmadıqca üşümə ilə başlayan halsızlıq, tez yorulma və ürək döyüntüsü kimi simptomlar daha da artır və insana mənfi təsir edir.

Hipoqlikemiya

Qanda şəkərin miqdarının çox azalmasıdır. Bu xəstəlik müalicə olunmasa, ürəkgetmə, beyin funksiyalarında dəyişiklik kimi zədələrə səbəb olur. Bundan başqa hipoqlikemiya düzgün qidalanmama və kökəlmə və diabet yaranma riskini artırır. Müalicə olunmayan hər üç nəfərdən birində 10-15 il sonra diabet xəstəliyi üzə çıxır.

Qalxanabənzər vəzi xəstəlikləri