Günün qoroskopu: gərgin durumda adekvat hərəkət edin


Digərləri 03 Dek 2018 00:01:00 289 0

Günün qoroskopu: gərgin durumda adekvat hərəkət edin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - fəallıq və səylərinizi yönəldəcəyiniz istiqaməti müəyyənləşdirin. Yaxın gələcəkdə maksimum fayda əldə etmək üçün əsas fəaliyyət yönünü seçin. Yaxın ətrafınızdakı insanlar sizi nəyəsə razı salmağa çalışanda, güc və qüvvənizi, vaxt və səylərinizi tələb edən əmələ yönəltmək istəyəndə "yox" deməyi bacarın.

Günün ikinci yarısında İlk əvvəl öz maraqlarınızı düşünün. Gərəksiz işə baş qoşduğunuzu, münaqişəli situasiyaya qarışdığınızı bilən kimi geri çəkilin.

Vədlərinizə əməl etməyə çalışın. Etibar etdiyiniz, birlikdə işlədiyiniz insanlardan dəstək almağa can atın.

Axşam saatlarında görüş, müzakirə, yazışma və söhbət yeni emosiyalar vəd edir.

Buğa - günün ilk yarısında plan və ideyalar çoxdur. Vaxt, resurs, informasiya qıtlığına rəğmən növbəti layihəyə başlayın. İşlərdə qayda yaradın. Təmirə ehtiyac duyan avadanlıq və qurğunu normal vəziyyətə gətirin. Vədlərə əməl edin, öhdəlikləri yerinə yetirin.

Günün ikinci yarısında münasibətlərdə gərginlik istisna deyil. Planlarınızın ziyanına olaraq sürəkli qaydada başqalarının işini yerinə yetirməyin. Emosional əks-səda, rəğbət izharı gözlədiyiniz görüşlər bu gün üçün deyil.

Tək işləsəniz, daha ciddi nəticələr əldə edə bilərsiniz.

Əkizlər - müsbət əhval-ruhiyyə ilə pozitiv davranış bir çox işləri görməyə yardım edəcək. Yeni tanış olduğunuz insanlarla ünsiyyətdə aqressiv davranmayın. Maraqlandığınız məsələnin təfərrüatlarını öyrənin.

Günün ikinci yarısında yeni, sərfəli əlaqələr qura bilərsiniz. Şəxsi münasibətləri keyfiyyətcə yeni mərhələyə çıxarmaq şansını əldən verməyin.

Əks cins mənsubu ilə söhbətdə illüziyalara qapılmayın. Yaxınlarınızla təmaslar əhvalınızı yaxşılaşdıracaq.

Axşam saatlarında normal istirahət edin.  

Xərçəng - etiraf etmək gərəkdir ki, zəngin təcrübə irəliləyişin avtomatik, aprior təminatçısı deyil. Ötənlərdəki xidmətlərinizin dəyərləndiriləcəyini düşünməyin. Yaxın gələcəkdəki prosesləri indidən planlaşdırın. Yenilikləri əxz edin.

Günün ikinci yarısında müşkül problemlərin həllinə yaxın ətrafınızdakı insanları cəlb edin.

Müzakirələr və təhlillər bir çox problemləri həll etməyə imkan verəcək.

Axşam saatlarını sevdiyiniz insanla keçirin. Münasibətləri stabilləşdirin. Hisslərinizdə səmimi olun.

Şir - günün ilk yarısında əlahiddə fəaliyyətin nəticəsi pis, faydalı iş əmsalı aşağı olacaq. Dostların yardımlarından bəhrələnərək yaxşı nəticələr əldə etməyə can atın. Çox iş görmək fikrindən vaz keçin. Əks təqdirdə ifrat yorğunluğa düçar ola bilərsiniz.

Günün ikinci yarısında yaşananlarla bağlı praqmat mövqeyiniz olmalıdır. Özünüzü əvəzedilməz insan, misilsiz şəxs hesab etməyin. Yaxınlarınızın dediklərinə qulaq asın, onların nə istədiklərini dərk etməyə çalışın. Belə davranış yaxın gələcəkdə karınıza gələ bilər.

Qız - xeyli əvvəl hazırladığınız planı həyata keçirə bilərsiniz. Niyyətlərin reallaşma zamanıdır. Amma yaranmış situasiyanın təhlilini və şəraitin dəyərləndirilməsini unutmayın.

Problemlərin həllində xudpəsənd olmayın, illüziyalara qapılmayın.

Günün ikinci yarısı yeni avadanlıqla çalışmağa başlamaq və ya innovasiyalar zamanıdır. Yaxınlarınız istəklərinizi anlamır, planlarınızı qəbul etmirlər. Alış-verişdə çox pul xərcləyərək ailə büdcəsinə zərbə vurmayın.

Qərarlarınız məntiqi olsun. Tələsik addımlar atmayın.

Axşam saatlarında gəzintiyə çıxın.