"Azərbaycan elə bir ölkədir ki..." Əcnəbi FOTO


Digərləri 02 Dek 2018 23:12:00 402 0

"Azərbaycan elə bir ölkədir ki..."  Əcnəbi  FOTO

Pu Pai: "İnsanların sənə olan qayğısını duymaq çox vacibdir" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Çin vətəndaşıdır. Artıq dörd ildir ki,  ölkəmizdə yaşayır və təhsil alır. Deyir ki, Azərbaycan ona çox doğma  gəlir. Buranı ikinci vətəni kimi qəbul edir. Burada qaldığı müddət ərzində milli mətbəximizin müxtəlif növ yeməklərini bişirməyi də öyrənib. Həmsöhbətim təhsilini bitirdikdən sonra da Azərbaycanda qalmaq niyyətindədir.

Müsahibim ölkəmizə təhsil almaq üçün gələn Çin vətəndaşı Pai Pudur. O, hazırda Bakı Slavyan Universitetində beynəlxalq münasibətlər və regionşünaslıq ixtisası üzrə təhsil alır.

Müsahibim deyir ki, təhsil üçün Azərbaycanı seçməsi heç də təsadüf olmayıb: "Mənim dayım burada təhsil alıb. O, artıq 13 ildir ki, Azərbaycanda yaşayır. Mənə Azərbaycana gəlməyi və təhsilimi burada davam etdirməyimi o məsləhət bildi. Ailəmlə belə qərara gəldik ki, burada oxuyum. Dörd ildir ki, Azərbaycandayam. Burada dayımgildə yaşayıram. Demək olar ki, Azərbaycanda yaşamağa öyrəşmişəm. Özümü çox rahat hiss edirəm və  burada olmaq mənim xoşuma gəlir. Azərbaycan mənim ikinci vətənim kimidir. İnsanlarınız qonaqpərvər, mehribandır. Çətinliyin olduğu zaman, onlar öz işlərini bir kənara qoyub, sənə kömək etməyə çalışırlar. Bu, mənim çox xoşuma gəlir. Çünki yad bir ölkədə insanların sənə olan qayğısını duymaq çox vacibdir".

Buraya gələndən sonra bir müddət hazırlıq pilləsində dil öyrənən Pai Pu deyir ki, qısa müddət ərzində özünə dost qazana bilib: "Hamı kimi mənim də ilk vaxtlar dil ilə bağlı problemim oldu. İnsanlarla ünsiyyət qurmaq üçün dili mütləq öyrənməlisən. Təhsil aldığım universitetdə hazırlıq dönəmində qısa müddət ərzində bizə rus dilini öyrətdilər. Bizə dərs keçən müəllimlər sayəsində tez bir zamanda qrup yoldaşlarımla ünsiyyət qurmağa başladım. Beləliklə, hər şey axarına düşməyə başladı. Hazırlıq mərhələsindən sonra isə hazırda təhsil aldığım beynəlxalq münasibətlər fakültəsinə qəbul oldum. İxtisasım regionşünaslıqdır. İmtahanlar indi də çox çətindir. Amma təhsilin ilk illərində adama daha çətin gələ bilir. Anacaq müəyyən müddət sonra öyrəşirsən. Tələbə yoldaşlarım mənə həmin vaxt çox kömək etdilər. Artıq hər şey qaydasındadır. İmtahanlarımı da sərbəst şəkildə verə bilirəm". 


Xəbərə aid fotolar