Dünyanın ən bahalı və hündür binaları Qiymətlər baş gicəlləndirir FOTO


Digərləri 02 Dek 2018 23:03:00 467 0

Dünyanın ən bahalı və hündür binaları  Qiymətlər baş gicəlləndirir  FOTO

"Hau Maç" (HowMuch) nəşri dünyanın ən bahalı və hündür göydələnlərinin siyahısını açıqlayıb.

Son.az siyahını təqdim edir.

16. "Bank of China"

Maliyyə: 1 milyard dollar

Ölkə: Çin

Çində bir dövlət bankıdır. Ən qədim banklardan biridir. Binanın inşası 1990-cı ildə tamamlanıb.

15. "The Petronas Twin Towers"

Maliyyə: 1 milyard dollar

Ölkə: Malayziya

Bu bina 1999-cu ildə Kuala Lumpur şəhərində tikilib başa çatıb. 1998-2004-cü illərdə dünyanın ən yüksək binası ünvanına sahib idi.

14. "Antilia Skyscraper"

Maliyyə: 1 milyard dollar

Ölkə: Hindistan

Bu göydələn 2006-cı ildə Mumbayda tikilib. Bina 27 mərtəbəli və 568 metr hündürlüyündədir.

13. "The Kingdom Center"

Maliyyə: 1 milyar dollar

Ölkə: Səudiyyə Ərəbistanı

Bina 2002-ci ildə Ər-Riyadda tikilib. Hazırda ölkənin ən yüksək binası ünvanına sahibdir.

12. "European Central Bank"

Maliyyə: 1,25 milyard dollar

Ölkə: Almaniya

Avropa Mərkəzi Bankının binası 2013-cü ildə inşa edilib. Bank avrodan istifadə edən bütün ölkələrin valyuta siyasətini aparır.

11. "The Burj Khalifa"

Maliyyə: 1,5 milyard dollar

Ölkə: Birləşmiş Ərəb Əmirlikləri

Bu bina 2009-cü ildə Dubayda inşa edilib. Hazırda dünyanın ən hündür göydələni ünvanına sahibdir.

10. "London Glass Shard"

Maliyyə: 1,5 milyard dollar

Ölkə: İngiltərə

2012-ci ildə Londonda tikilən bina 95 mərtəbədən ibarətdir. Bina əvvəllər London Körpüsü Qalası kimi tanınırdı.

9. "Taipei 101"

Maliyyə: 1,8 milyard dollar

Ölkə: Tayvan

2004 yılında Taypeyidə inşa edilən bina əvvəllər Taypeyi Dünya Maliyyə Mərkəzi kimi tanınırdı.