Bol günəş işığı, açıq havada gəzmək və ünsiyyətcillik...


Digərləri 02 Dek 2018 22:31:00 256 0

Bol günəş işığı, açıq havada gəzmək və ünsiyyətcillik...

Fəsillərin dəyişməsi müxtəlif problemlərin üzə çıxması üçün münbit şərait formalaşdırır. Qışa yaxınlaşdıqca havanın daha erkən tutqunlaşması nəticəsində ruhi yorğunluq yaranır, evdən bayıra çıxmağa həvəs olmur, həyatdan zövq almaq hissi azalır. Enerji azlığı, istəksizlik, halsızlıq isə ruhun yorğunluğundan xəbər verir. Bəzi insanlarda meydana çıxan səbirsizlik və əsəbilik hissi də bundan irəli gəlir.

Son.az bildirir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bu barədə AZƏRTAC-a məlumat verib.

O qeyd edib ki, qış fəsli bir çox insanlara həm fiziki, həm də psixoloji cəhətdən mənfi təsir göstərir. Qış depressiyası və ya mövsümi affektiv pozuntu adlandırılan bu hal qışın başlanğıcından yaza qədər davam edə bilər: "İstənilən yaş qrupunda rast gəlinən qış depressiyasından əsasən 18-30 yaş arasında olanlar əziyyət çəkirlər. Qadınlar kişilərə nisbətən bu pozuntuya dörd dəfə daha az meyillidirlər".

Depressiyasının əlamətləri haqqında danışan psixoloq deyib: "Havanın tez qaralması, soyuq havanın təsiri, evdən kənar fəaliyyət və məşğuliyyətlərin azalması nəticəsində insan daxili dünyasına qapanır. Bunun nəticəsi olaraq uzun müddətli pessimizm, durğunluq, ifrat yorğunluq, ümidsizlik, başağrısı, dağınıqlıq, yuxuya həddindən artıq meyillilik, iştaha dəyişkənliyi, şəkərli və nişastalı qidalara tələbat, işə getmək istəyinin azalması və tənbəllik kimi hisslərlə qış depressiyası özünü büruzə verir.