Spirtli içkilərdən ən çox istifadə edən ölkələrin adları açıqlanıb


Digərləri 02 Dek 2018 22:22:00 368 0

Spirtli içkilərdən ən çox istifadə edən ölkələrin adları açıqlanıb

"Trezvaya Rossiya" hərəkatının ekspertləri Avropada spirtli içkilərin istifadəsi və bu səbəbdən ölüm hallarının göstəricisi üzrə liderlik edən ölkələrin adlarını açıqlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, siyahıya vətəndaşlarının ildə orta hesabla 15,35 litr spirt qəbul etdiyi Estoniya başçılıq edir. Onun ardınca isə Sloveniya, Lüksemburq, Danimarka və Latviya vətəndaşları gəlir.

Yunanıstan (6,52 litr), İtaliya (7,08 litr) və İsveç (7,18 litr) spirtli içkilərin ən az istifadə olunduğu ölkələrin arasında yer alıb.