Çirklənmiş suyun yeni təmizlənmə üsulu kəşf olunub


Digərləri 02 Dek 2018 22:04:00 299 0

Çirklənmiş suyun yeni təmizlənmə üsulu kəşf olunub

Civə və digər ağır toksik metallarla çirklənmiş su ekoloji cəhətdən və insan sağlamlığına təsiri baxımından ciddi təhlükə mənbəyidir. İsveçin Çalmers Texniki Universitetinin tədqiqatçıları çirklənmiş suyun elektrokimyəvi proseslər vasitəsilə təmizlənməsinin yeni üsulunu kəşf ediblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatçı Byörn Vikmanın sözlərinə görə, yeni üsul suda civənin miqdarını 99 faizədək azaltmağa imkan verir. Bu prosesdən sonra suyu içmək tamamilə təhlükəsiz olur.

Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, civə insan sağlamlığı üçün olduqca təhlükəli maddədir. Belə ki, o, əsəb sistemi və beyinin inkişafına mənfi təsir göstərir. Bundan başqa, çox sürətlə yayılan bu maddə asanlıqla qida məhsullarına qarışa bilir. Alimlərin hazırladığı yeni üsul sayəsində ağır metalların ionları sudan çıxarılır: xüsusi metal plastin vasitəsilə elektrodlar onları özünə çəkir. Yeni üsul eklektik enerjisinə qənaət etmək baxımından da səmərəlidir.