RusiyaGürcüstan sərhədində 120yə yaxın yük maşını dayanıb


Dünya 02 Dek 2018 21:30:00 280 0

RusiyaGürcüstan sərhədində 120yə yaxın yük maşını dayanıb

Hava şəraitinin kəskin dəyişməsi, güclü qar yağması, qar uçqunu və yolların buz bağlaması səbəbindən Gürcüstan-Rusiya sərhəd keçid məntəqəsində və əsas magistralda 120-yə yaxın yük maşını dayanıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, avtomobillərin əsasən hansı ölkələrə məxsus olması barədə məlumat verilməsə də, əksəriyyətinin Ermənistana ərzaq daşıyan avtomobillər olduğu söylənilir.

Bildirilir ki, yolda problem təkcə Gürcüstan tərəfində deyil, Rusiya tərəfində də mövcuddur.