Alimlər xərçənglə bağlı İNANILMAZ NƏTİCƏYƏ GƏLDİ: aktiv cinsi həyat...


Digərləri 02 Dek 2018 20:28:00 283 0

Alimlər xərçənglə bağlı İNANILMAZ NƏTİCƏYƏ GƏLDİ: aktiv cinsi həyat...

Harvard Universitetinin alimləri cinsi həyat və prostat xərçəngi arasındakı bağlılığa dair araşdırma aparıblar.

Son.az xəbər verir ki, urologiya mütəxəssisi Can Öbek Harvard Universitetinin araşdırmasına diqqət çəkərək aktiv cinsi həyatın kişilərdə prostat xərçənginin inkişafının yavaşlatdığını bildirib.

Prostat vəzi kişi cinsiyyət üzvlərindən biridir, qarın boşluğunda sidik kisəsınin altında yerləşir və içindən sidik kanalının bir hissəsi keçir. Əsas vəzifəsi prostat şirəsi hasil etməkdir ki, bununla o kişilərin cinsi fəaliyyəti və nəsilartırmasında müstəsna rol oynayır.

Qeyd edək ki, prostat xərçəngi Qərb ölkələrində kişilərdə ən çox qeydə alınan xərçəng növüdür. Bəzi ölkələrdə hər 6 kişidən 1-i həyatı boyu prostat xərçəngi ilə tanış olur. Hazırda dünyada 4 milyon insana bu xəstəliyin diaqnozu qoyulub.