Gürcüstan müxalifəti Tbilisidə etiraz aksiyası keçirib FOTO
Dünya 02 Dek 2018 20:19:00 233 0
Gürcüstanın müxalifət partiyalarının liderləri və üzvləri dekabrın 2-də Tbilisinin mərkəzi Rustaveli prospektində, parlament binası önündə etiraz aksiyası keçiriblər. Aksiyada minlərlə insan iştirak edib.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, aksiya iştirakçıları əsasən ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini, noyabrın 28-də keçirilmiş prezident seçkilərinin ikinci turunun nəticələrinin ləğv olunmasını tələb ediblər.
Mitinq təşkilatçıları hesab edirlər ki, ciddi qanun pozuntuları, cinayətkar əməllərlə müşayiət olunan seçkilər gürcü xalqı üçün utandırıcı tarixi hadisədir.
Müxalifət liderləri proporsional və ya regional-proporsional parlament seçkilərinin keçirilməsinin vacibliyini vurğulayıblar.
Mənbə: milli.az