Avtomobil malqara sürüsünü vurub FOTO


Digərləri 02 Dek 2018 20:04:00 272 0

Avtomobil malqara sürüsünü vurub  FOTO

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hadisə köhnə Ələt-Astara yolunun rayonun Qarazəncir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Yüksək sürətlə hərəkət edən "Mercedes" markalı avtomobil mal-qara sürüsünü vurub. Hadisə nəticəsində 1 inək tələf olub və sürücü yaralanıb. Yaralıya müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid foto