Evlilik təklifi etmək istədi, üzük kanalizasiyaya düşdü


Digərləri 02 Dek 2018 19:49:00 325 0

Evlilik təklifi etmək istədi, üzük kanalizasiyaya düşdü

Nyu-York polisi nişan üzüyünü kanalizasiyaya salmış kişini axtarır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Nyu-York Polis Departamentinin "Tvitter" səhifəsində bildirilir.

Qeyd olunur ki, Manhettenin mərkəzi Taymz Skverdə evlilik təklifi edən kişinin əlindən kanalizasiyaya düşən üzük tapılıb: "O (gəlin) "hə!" dedi, lakin kişi o qədər həyəcanlı idi ki, üzüyü kanalizasiyaya saldı".