Bir milyard dollarlıq gəmi ilk səfərinə hazırlaşır


Digərləri 02 Dek 2018 19:16:00 256 0

Bir milyard dollarlıq gəmi ilk səfərinə hazırlaşır

Dünyanın ən lüks gəmisi hesab edilən "Celebrity Cruises" şirkətinə məxsus yeni 1 milyard dollarlıq "Celebrity Edge" gəmisi ilk səfərinə hazırlaşır.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, hazırda Floridada lövbərdə gözləyən gəmi 9 dekabrda Karib turuna çıxacaq. 2019-cu ilin yazında isə Aralıq dənizi sərnişinləri üçün Atlantikə doğru yol alacaq. "Celebrity Edge" gəmisi səyahətçilərə rahatlığın rahatlığını yaşadacaq.

Onun möhtəşəmliyi gəmiyə girişdən hiss olunur. Belə ki, girişdə sərnişinləri 700-dən çox LED lampa qarşılayır.