Bankda işləyən arvadını öldürüb,


Dünya 02 Dek 2018 18:16:00 282 0

Bankda işləyən arvadını öldürüb,

Türkiyənin Mersin şəhərində qandonduran hadisə baş verib. Bankda çalışan xanımını qətlə yetirən şəxs onun bədən üzvlərini parçalara ayırıb. Qadına aid olan bəzi bədən hissələri qəbristanlıqdan tapılıb.

Son.az Publika-ya istinadən xəbər verir ki, 36 yaşlı Mustafa E. həyat yoldaşı Cəmilə E.-nin itdiyini iddia edərək, polisə müraciət edib.

Kişinin qeyri-səhih ifadəsindən şübhələnən polis əməkdaşları qadının valideynlərilə görüşdükdən sonra araşdırmaları daha da gücləndirib. Daha sonra cütlüyün evindən qan izləri tapılıb. Polisin dərin araşdırmalarından sonra Cəmilənin cəsədindən bir neçə parçanı da tapmaq mümkün ölüb. Məlum olub ki, ər arvadının meyitini doğradıqda sonra hissələrini Mersin Şəhər Qəbristanlığında basdırıb. Hazırda qatil ər həbs edilib, onun haqqında cinayət işi açılıb.


Xəbərə aid foto