ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək


Dünya 02 Dek 2018 18:02:00 256 0

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ administrasiyası "Skripal işi" ilə əlaqədar olaraq Rusiyaya qarşı sanksiyaların ikinci hissəsini tətbiq etmək niyyətindədir.

Son.az Report-a istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin nümayəndəsi deyib.

"Biz sanksiyalarla bağlı qərarları qabaqlamaq istəmirik, lakin qanunvericiliyin tələblərini icra etmək niyyətindəyik", - deyə idarədən bildirilib.