Tarixin ən böyük haker hücumu gerçəkləşib:


Digərləri 02 Dek 2018 17:34:00 302 0

Tarixin ən böyük haker hücumu gerçəkləşib:

Dünyada ən böyük otellər şəbəkəsi olan "Marriott İnternational"a qarşı tarixin ən böyük haker hücumu həyata keçirilib.

Son.az musavat.com-a istinadən bildirir ki, 2014-cü ildən, 2018-ci ilin sentyabr ayına qədər oteldə nə qədər insan qonaq olubsa, hamısının pasportlarının nömrəsi, adları və e-mail adresləri ələ keçirilib.

Şirkətdən verilən açıqlamaya görə, hakerlər şirkətin "Starwood" markasının məlumat bazasına qanunsuz giriş ediblər. Nəticədə 2014-cü ildən, 2018-ci ilin 10 sentyabrına qədər otelə gələn bütün qonaqların şəxsi məlumatlarını ələ keçirməyə nail olublar.

Ələ keçirilən bilgilər arasında olduqca gizli məlumatların da yer aldığı bildirilir. Bundan başqa, şirkətin verdiyi açıqlamaya görə, bilgiləri ələ keçirilən müştərilərin sayı 500 milyondan çoxdur.