“Selfi psixi pozuntudur”


Digərləri 02 Dek 2018 17:20:00 304 0

“Selfi psixi pozuntudur”

"Selfie" sözü tərcümədə "mən", "özüm" mənasını verir, lakin müasir həyatımızda bu sözlə özünün şəklini çəkmək kimi izah vermək olar. Əlbəttə, insan öz şəklini çəkən zaman heç bir psixoloji patologiya nümayiş etdirmir. Lakin hər bir marağın bir dərəcəsi var ki, bir zaman normal sayılan, o biri dərəcədə artıq anormal sayılır.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu psixoloq Aygün Cəfərova deyib.

Psixoloqun sözlərinə görə, bir müddətdən sonra insanda hər hansı problem müəyyən ola bilər, lakin artıq meyl pozuntusuna çevrildiyindən, şəkil çəkməyin dayandırılması cəhdləri uğursuzluqla sona çatır:

"Selfiemaniyanı bəzən narkomaniyaya bənzətmək olar: insan hər gün dozanı (şəkil sayını) daha çox artırmaq istəyir. Bir qrup alim bu xəsətəliyi narsisizm, digərləri isə meyl və adət pozuntularına aid edir ki, biz də bunu sırf meyl pozuntusu kimi qiymətləndiririk. Lakin sual yaranır ki, niyə məhz selfi, adi şəkil yox? Narsisizm mərhələsini hər bir insan inkişaf dövründə keçdiyi kimi, bizim instinktlər bazasında bu, özünü qoruma hissinin bir hissəsi kimi göstərə bilir".


Xəbərə aid fotolar