Milyarder keçmiş şərikini "Zamirə qanunu" ilə vurmaq istəyir


Dünya 02 Dek 2018 17:27:00 266 0

Milyarder keçmiş şərikini "Zamirə qanunu" ilə vurmaq istəyir

London məhkəməsində Moskvanın mərkəzindəki torpaq sahəsinə görə mübahisə gedir. Tərəflərdən biri "Vneşekonombank"ın keçmiş rəhbəri Vladimir Çernuxin, digəri irə Oleq Deripaskadır.

Son.az Virtualaz.org-a istinadən xəbər verir ki, məhkəmədə yeni faktlar üzə çıxır. Məlum olub ki, milyarder rəqibinin dosyesini toplayıb və onu Britaniyanın Milli Kriminal Agentliyinə təqdim etmək niyyətindədir.

Məhkəmədə mübahisə predmeti kimi "Tryoxqornaya manufaktura" şirkətinin gələcəyi müəyyənləşdirilir, həmin şirkət Rusiya paytaxtının mərkəzində eyniadlı binalar kompleksinə malikdir. Qeyd edək ki, Çernuxin bir vaxtlar - Mixail Kasyanov hökumət başçısı olarkən Rusiyanın maliyyə nazirinin müavini vəzifəsini tutub.

Məhkəmədə Çernuxinin vəkili olan Conatan Krounun sözlərinə görə, Deripaska hələ 2011-ci ildə xüsusi detektiv tutaraq, Çernuxini izləməyə başlayıb. "The Times" yazır ki, bununla bağlı Krou deyib: "Bu çirkin işdir - iyrənc və xırdaçı kompromat toplamaq cəhdidir və cənab Deripaska bundan istifadə edə bilər".

Bundan əlavə, Deripaska vəkillərindən xahiş edib ki, Çernuxinin və arvadı Lyubovun varidatının mənbəyi haqqında məruzə hazırlasınlar ki, sonradan həmin sənəd Milli Kriminal Agentliyinə göndərilsin. Hüquqşünasın fikrincə, Deripaskanın məqsədi Çernuxin barəsində "mənbəyi məlum olmayan varidat"la bağlı işin başlanmasıdır.