Bakıda avtobusu asta sürdüyü üçün sürücünü döydülər


Digərləri 02 Dek 2018 17:15:00 297 0

Bakıda avtobusu asta sürdüyü üçün sürücünü döydülər

Bakıda "185" saylı marşrut avtobusunda sürücü ilə sərnişinlər arasında insident yaşanıb.

Son.az xəbər verir ki, sürücü avtobusu çox asta idarə etdiyi üçün sərnişinlər çilədən çıxıb. Etirazını bildirən sərnişinlər sürücünün sərt sözləri ilə qarşılaşınca hərəkətdə olan avtobusda ara qarışıb.

Belə ki, sərnişinlər və sürücü arasında əlbəyaxa dava düşüb. Avtobusu saxlayan sürücü sərnişinləri yarı yolda boşaldıb. 

Qeyd edək ki, bu barədə Son.az-a sərnişinlər özləri məlumat verib. 

Məhəmməd Vaqif Son.az