Salyanda yol qəzası:


Digərləri 02 Dek 2018 16:50:00 229 0

Salyanda yol qəzası:

Salyan şəhərində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az Report-a istinadən bildirir ki, "KİA" və "Mercedes"markalı avtomobillərin toqquşması nəticəsində Bakı şəhər sakinləri - 1961-ci il təvəllüdlü Cavadova Xanım Məmmədhüseyn qızı, 1992-ci il təvəllüdlü Cavadlı Cümşüd Siyasət qızı, 2018-ci il təvəllüdlü İsayev Ərtoğrul Vüqar oğlu və 1972-ci il təvəllüdlü Cavadova Məlahət Böyükağa qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl İmişlidə yol qəzası nəticəsində bir nəfər ölüb.

Son.az