Meymunu 5 il boyunca makiyaj edib fahişə kimi satdılar


Dünya 02 Dek 2018 16:56:00 442 0

Meymunu 5 il boyunca makiyaj edib fahişə kimi satdılar

İndoneziyada hər kəsi şoka salan hadisə baş verib. Nadir meymun cinsindən olan heyvanın 5 il boyunca seks köləsi edilib, cinsi istismara məruz qoyulduğu məlum olub.

Son.az Musavat.com-a istinadən xəbər verir ki, bu dəhşətli olayın bəzi detalları məlum olub.

Belə ki, sahibi tərəfindən cinsi istismara məruz qoyulan meymun hər gün təraş edilib. Əlavə olaraq o müxtəlif cür zinyət əşyaları ilə bəzədilib və makiyaj olunaraq "müştərilərə" təqdim olunub.

"Bornean" cinsindən olan Poni isimli nadir oranqutan 1997-ci ildə anasından alınaraq İndoneziyanın Kareng Oangi kəndinə gətirilib.

3 avro qarşılığında edilən təcavüz

Divara zəncirlənən heyvanın işkəncəsi hər gün daha da artıb. Zavallı meymun kənddə palma yağı istehsalatında işləyən bir çox kəndlinin təcavüzünə məruz qalıb. Hətta onlar, bu çirkin əməl üçün meymunun sahibinə 3 dollar da ödəyirmişlər.

Hər iki gündə bir dəfə təraş edilib

İki gündən bir təraş edilərək, üzərinə zorla parfüm sıxılan Poniyə makiyaj olunduğu da ortaya çıxıb. Hətta iddiaya görə, Poniyə bəzi müştəriləri tərəfindən xüsusi amansız işgəncələr də verilib.


Xəbərə aid foto