Aktrisanın geyimi müsəlman ölkəsini qarışdırdı:


Digərləri 02 Dek 2018 16:02:00 314 0

Aktrisanın geyimi müsəlman ölkəsini qarışdırdı:

Misirdə keçirilmiş Qahirə Beynəlxalq Film Festivalının bağlanış mərasiminə transparan libasla qatıldığı üçün aktrisa Rania Yusifə qarşı cinayət işi açılıb.

Son.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bir qrup vəkil Rania Yusifi hüquq normalarını pozmaqda, Misir xalqını aşağılamaqda və misirli qadınların adını ləkələməkdə ittiham ediblər.

Şikayətin ardınca hərəkətə keçən Misir Baş Prokurorluğu aktrisanın 12 yanvarda hakim qarşısına çıxaılmasına dair qərar qəbul edib.

İttihamlar məhkəmə tərəfindən qəbul edilsə, aktrisa 5 il müddətinə azadlıqdan məhrum edilə bilər.


Xəbərə aid foto