Millimizin “Avro-2020”nin seçmə mərhələsindəki rəqibləri müəyyənləşdi (CƏDVƏL)


Digərləri 02 Dek 2018 15:49:54 262 0

Millimizin “Avro-2020”nin seçmə mərhələsindəki rəqibləri müəyyənləşdi (CƏDVƏL)

Bu gün İrlandiyanın paytaxtı Dublindəki Konvensiya Mərkəzində 2020-ci il futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

Bakı. Rauf Quliyev - Bu gün İrlandiyanın paytaxtı Dublindəki Konvensiya Mərkəzində 2020-ci il futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Trend-in məlumatına görə, yığma komandamızın qrupdakı rəqibləri Xorvatiya, Uels, Macarıstan, Slovakiya və komandaları olacaq. Qeyd edək ki, 2020-ci il iyunun 12-dən iyulun 12-dək keçiriləcək final mərhələsinə Azərbaycan, İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Rumıniya və Şotlandiya ev sahibliyi edəcək.