Şərqi Azərbaycanın bu rayonunda 1800 ton şəkər çuğunduru istehsal olunub


Digərləri 02 Dek 2018 14:44:15 218 0

Şərqi Azərbaycanın bu rayonunda 1800 ton şəkər çuğunduru istehsal olunub

Ötən ildən başlayaraq ilk dəfə Səhənd su bəndinin aşağı hissələrində 35 hektar ərazidə şəkər çuğunduru əkilib.

Bakı. Elnur Bağışov - Ötən ildən başlayaraq ilk dəfə Səhənd su bəndinin aşağı hissələrində 35 hektar ərazidə şəkər çuğunduru əkilib. Həmin ərazilərdən Həştrud təsərrüfatçıları bu il 1800 ton şəkər çuğunduru götürüblər. Trend-in məlumatına görə, bunu İranın Şərqi Azərbaycan vilayəti Həştrud rayonunun Kənd Təsərrüfatı İdarəsinin direktoru Məcid Əhmədi deyib.