İran yeni döyüş gəmisini Bəsrə körfəzinə göndərdi


Dünya 02 Dek 2018 14:21:00 231 0

İran yeni döyüş gəmisini Bəsrə körfəzinə göndərdi

İran yeni döyüş gəmisini Bəsrə körfəzinə endirib.

Son.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, İran yeni raket sistemləri ilə təchiz edilən yerli istehsal olan döyüş gəmisini keçirilən mərasimlə Bəsrə körfəzinə endirib.

İran dövlət televiziyası "Səhənd" adı verilən yerli döyüş gəmisinin Hörmüz boğazında keçirilən mərasimlə suya endirildiyini açıqlayıb.

Bir vertolyotun enməsi üçün imkanın olduğu gəminin uzunluğu 96 metrdir. Gəmi inkişaf etmiş radarlara malikdir.