Ucarda "Renault" və "VAZ" toqquşdu, yanğın baş verdi


Digərləri 02 Dek 2018 12:58:00 231 0

Ucarda "Renault" və "VAZ" toqquşdu, yanğın baş verdi

Ucar rayonunun Çiyni kəndində "Renault" və "VAZ" markalı iki minik avtomobili toqquşub.

Son.az-ın FHN-ə istinadən verdiyi məlumata əsasən, qəza nəticəsində "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.