Ata Corc Buşun son sözləri məlum oldu


Dünya 02 Dek 2018 12:13:00 328 0

Ata Corc Buşun son sözləri məlum oldu

Ata Corc Buş son sözlərində oğluna sevgisini etiraf edib.

Son.az oxu.az-a istinadən bildirir ki, ABŞ-ın 41-ci prezidenti ölümündən bir neçə saat əvvəl oğluna zəng edib. Kiçik Buş onun gözəl ata olduğunu bildirib və atasını sevdiyini qeyd edib. Ata Buş cavabında oğlu ilə fəxr etdiyini və ona qarşı hədsiz ata sevgisi bəslədiyini bildirib.

Həmçinin məlum olub ki, noyabrın 30-da ata Buşun yaxın dostu, sabiq dövlət katibi III Ceyms Beyker mərhuma baş çəkib.

"Biz hara düşəcəyik?", - prezident məndən soruşdu. Cavab olaraq cənnəti eşidəndə, o, məhz ora düşmək istədiyini bildirib.