MKİdən şok: Salman Qaşıqçının ölüm əmrini...


Dünya 02 Dek 2018 11:41:00 258 0

MKİdən şok: Salman Qaşıqçının ölüm əmrini...

Mərkəzi Kəşfiyyat idarəsi (MKİ) Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın müxalif jurnalist Camal Qaşıqçının qətli ilə məşğul olan qruplaşmaya nəzarət edən şəxsə göndərdiyi 11 mesajın içərisində öldürmə əmrinin ola biləcəyini açıqlayıb.

Son.az Axar.az-a istinadən xəbər verir ki, MKİ-nin məlumatına əsasən, Məhəmməd bin Salman sözügedən mesajları Səud əl-Kahtani adlı şəxsə göndərib.

Kahtaninin Qaşıqçını öldürən 15 nəfərlik qruplaşmaya nəzarət etdiyi, eyni zamanda komandanın İstanbuldakı lideri ilə ünsiyyət qurduğu bildirilib. Sənəddə həmçinin şahzadə Salmanla Kahtani arasındakı yazışmanın məzmununun bəlli olmadığı qeyd edilib.