FIG nümayəndəsi: "Bakı hər zaman yarışların gözəl və qüsursuz təşkili ilə tanınıb"


Digərləri 02 Dek 2018 11:46:00 275 0

FIG nümayəndəsi: "Bakı hər zaman yarışların gözəl və qüsursuz təşkili ilə tanınıb"

Bakı hər zaman yarışların gözəl və qüsursuz təşkili ilə tanınıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Texniki komitəsinin vitse-prezidenti Noha Abuşabana deyib.

Bu gün FIG-in Bakıda keçirilən 82-ci Konqresində iştirak edən N.Abuşabana qeyd edib:

"Konqresdə seçki prosedurlarına dəyişikliklər məsələsi, yeni ölkələrin üzv olması, növbəti Konqresin harada keçiriləcəyi, maliyyə və digər məsələlər müzakirə olunur".