Pompeo İranı orta mənzilli ballistik raketi sınaqdan keçirməkdə ittiham edib


Dünya 02 Dek 2018 07:44:00 271 0

Pompeo İranı orta mənzilli ballistik raketi sınaqdan keçirməkdə ittiham edib

İran BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozmaqla orta mənzilli ballistik raketi sınaqdan keçirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib.

M.Pompeo deyib: "İran indicə bir neçə böyüş başlığı daşıya bilən orta mənzilli ballistik raketi sınaqdan keçirib. Bu raketlə Avropanın bəzi hissələrinə və Yaxın Şərqin hər yerinə zərbə endirmək olar. Orta mənzilli ballistik raketi sınaqdan keçirilməsi BMT Təhlükəsizlik Şurasının 2231 qətnaməsini pozur".