Parisdə etiraz aksiyaları zamanı 100-dən artıq insan xəsarət alıb


Digərləri 02 Dek 2018 03:19:00 252 0

Parisdə etiraz aksiyaları zamanı 100-dən artıq insan xəsarət alıb

Fransanın paytaxtı Parisdə yanacağın qiymətinin qalxması ilə əlaqədar etiraz aksiyalarında 110 nəfər xəsarət alıb

Bakı. Fransanın paytaxtı Parisdə yanacağın qiymətinin qalxması ilə əlaqədar etiraz aksiyalarında 110 nəfər xəsarət alıb. Trend-in məlumatına görə, bu barədə Fransanın daxili işlər naziri Kristof Kastaner bildirib. Onun sözlərinə görə, xəsarət alanlardan təxminən 20-si hüquq-mühafizə orqanları əməkdaşlarıdır. Xatırladaq ki, "sarı jiletlər" etiraz hərəkatının iştirakcıları Yelisey çöllərində səhər saatlarında toplaşmağa başlayıblar. Paytaxtda yanacağın qiymətinin qalxması ilə əlaqədar keçirilən etiraz aksiyalarında etirazçılar və polislər arasında toqquşmalar olub.