Qara Qarayevin musiqisi Nyu-York auditoriyasını heyran etdi (FOTO)


Digərləri 02 Dek 2018 00:39:00 378 0

Qara Qarayevin musiqisi Nyu-York auditoriyasını heyran etdi (FOTO)

ABŞ-ın Nyu-York şəhərində dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illiyinə həsr edilmiş xeyriyyə konserti keçirilib

Bakı. ABŞ-ın Nyu-York şəhərində dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illiyinə həsr edilmiş xeyriyyə konserti keçirilib. Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbir Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Bakı-Bruklin Dostluq Assosiasiyası, Azərbaycan və Qafqaz Yəhudi Soydaşlarının ABŞ-dakı Mədəniyyət Fondu (AZZEM), Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin, Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi və Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin birgə səyləri ilə təşkil edilib. Klassik piano ifaçısı Nərgiz Əliyarova konserti açaraq, dinləyiciləri bəstəkarın yaradıcılığı və musiqi nailiyyətləri ilə tanış edib. Daha sonra Bakı-Bruklin Dostluq Assosiasiyasının Prezidenti Marietta Rozental çıxış edərək konsert təşkilatçılarına öz təşəkkürünü bildirib.