30 il əvvəl bu gün Yakşiyantsın dəstəsi məktəb avtobusunu


Digərləri 01 Dek 2018 23:44:00 230 0

30 il əvvəl bu gün Yakşiyantsın dəstəsi məktəb avtobusunu

Düz 30 il əvvəl, 1988-ci il dekabrın 1-də dörd quldur Rusiyanın Vladiqafqaz bölgəsinin Orconikidze şəhərində məktəblilərin olduğu avtobusu girov götürüb. 

Son.az oxu.az-a istinadən bildirir ki, quldur dəstəyə soyğunçuluq, qarət və oğurluq maddələri üzrə üç dəfə həbs həyatı yaşayan erməni Pavel Yakşiyants başçılıq edib.

O, iki dəfə evli olub, bu evliliklərdən üç uşağı dünyaya gəlib və narkotik istifadəçisi idi. Dəstənin digər üzvləri Vladimir Muravlev, German Vişnyakov və Vladimir Anastasov da narkotik isitfadəçiləri olub. 

1988-ci ilin dekabr günlərindən birində 42 saylı məktəbin dördüncü sinif şagirdləri ekskursiyaya aparılıb. Ekskursiyadan sonra onlar müəllimləri Natalya Efimova ilə birlikdə LAZ-687 markalı avtobusa yaxınlaşır və ona minirlər. 

Hamı avtobusa əyləşdikdən sonra məlum olur ki, avtobus narkotik quldurları tərəfindən ələ keçirilib. 

Dördüncü sinif şagirləri və müəllim bir sutka xilas edilmələrini gözləyiblər, cinayətkarlar şəxsi təyyarə və girovların buraxılması üçün üç milyon dollar pul tələb edirdi. Uşaqlara qarşı bu cür cinayətləri Sovet İttifaqı görməmişdi.

Quldurlar İsrailə uçmaq istəyirdilər. Əks halda onlar uşaqların başlarını kəsəcəklərini bildirmişdilər. Hər 20 dəqiqə gecikmə üçün bir uşağın başı kəsiləcəkdi. Əgər nəsə düz getməsə, avtobus partladılacaqdı. 


Xəbərə aid fotolar