G20 ölkələrinin liderləri birgə bəyanatı razılaşdırıblar


Siyasət 01 Dek 2018 23:48:00 343 0

G20 ölkələrinin liderləri birgə bəyanatı razılaşdırıblar

"Böyük iyirmilər" ölkələrinin liderləri Buenos-Ayresdə keçirilən sammitdə birgə bəyannaməni razılaşdırıblar.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə şənbə günü Argentina prezidenti Maurisio Makri "İyirmiliyin" görüşünün bağlanışı mərasimində deyib.

"Biz bəyanatda ticarəti, ÜTT-ni canlandırmaq zəruriliyini əks etdirən saziş əldə etmişik", - deyə o bildirib.

"Biz iqlimin bütün dəyişmələri ilə bağlı narahatlığı təsdiqləmişik", - deyə Makri əlavə edib.

Argentina lideri onu da qeyd edib ki, ölkələr onların qarşısında "çox ciddi çağırışlar"ın" olduğunu etiraf edirlər.