Kərə yağında bişirilmiş heyvanın möcüzəvi faydaları


Digərləri 01 Dek 2018 23:05:00 253 0

Kərə yağında bişirilmiş heyvanın möcüzəvi faydaları

Hal-hazırda mövsümü olan heyvanın faydalarını saymaqla bitməz. Bu ətirli meyvənin özü kimi mürəbbəsi, qaynadılmışı, şirəsi də çox faydalıdır.

Son.az medicina.az-a istinadən kərə yağında hazırlanan heyvanın xeyrindən söhbət açacaq.   Heyva kərə yağında bişirildikdə faydaları birə beş artır.

Hazırlamaq üçün heyvanı doğrayaraq üzərinə bir miqdar kərə yağı əlavə edib aşağı temperaturda bişirin. Ehtiyac olarsa su tökün. Yumşaldıqdan sonra istifadə edə bilərsiniz.   

Kərə yağında bişən heyva əsasən nəfəs yolu xəstəliklərində, uzun müddətli öskürək zamanı, bronxit və vərəm xəstəliyi zamanı çox faydalıdır. Yağda bişirilmiş heyva həmçinin mədə-bağırsaq xəstəlikləri zamanı da istifadə edilir.