Arvadının saçını qırxıb fotosunu sosial şəbəkədə yaydı


Digərləri 01 Dek 2018 22:49:00 264 0

Arvadının saçını qırxıb fotosunu sosial şəbəkədə yaydı

Sosial şəbəkələrdə əri tərəfindən saçı qırxılan gənc qadının foto və videosu yayılıb. Fotodan görünür ki, kişi həyat yoldaşının saçını qırxıb, sonra isə onu videoya çəkib.

Hələlik adı və soyadı məlum olmayan kişi bunu xəyanətə görə etdiyini iddia edir. Foto və videonun həyat yoldaşının saçını qırxan kişinin özünün yaydığı bildirilir.

Son.az "Report"a istinadən bildirir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məsələyə münasibət bildirib.