Xəstəliklə çaprışan əməkdar artist: Hələ ki, dözürəm


Digərləri 01 Dek 2018 22:39:00 245 0

Xəstəliklə çaprışan əməkdar artist: Hələ ki, dözürəm

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aktyoru, əməkdar artist Rəhman Rəhmanovun səhhətində problemlər hələ də aradan qalxmayıb.

Son.az yenicag.az-a istinadən bildirir ki, aktyor şəkər xəstəliyi nəticəsində bir sıra orqanlarının getdikcə zəiflədiyini bildirib:

"Şəkər xəstəliyinin ağır mərhələsindəyəm. Xəstəlik yavaş-yavaş böyrəyimi, qara ciyərimi sıradan çıxarır. Gözlərimi də zəiflədib. Müalicə olunuram. Sağ olsunlar, həkimlər çox vaxt təmənnasız kömək edirlər, pulu elə dava-dərmanlarıma xərcləyirəm.

Gecdir, həkimlər qarşısını almağa çalışsalar da, xəstəlik öz işini görüb. Səhhətimdə problemlər çoxdur. Saymaqla qurtarmaz. Hələ ki, dözürəm. Heç səhhətimlə bağlı danışmaq da istəmirəm. Çünkü insanları yükləmək istəmirəm".