Zaqatalada güclü yağışlar selə səbəb oldu


Digərləri 01 Dek 2018 22:43:00 246 0

Zaqatalada güclü yağışlar selə səbəb oldu

Zaqatalaya yağan güclü yağış bir kəndi selə qərq edib.

Son.az "Report"a istinadən bildirir ki, təbii hadisə rayonun Yolayrıcı kəndində baş verib.

Normadan artıq yağıntı nəticəsində kənddə avtomobil yolu və həyətyanı evləri sel suları basıb.

Hazırda selin fəsadları aradan qaldırılır.