“Quru şampun” nədir? Can qurtaran vasitə


Digərləri 01 Dek 2018 22:25:00 380 0

“Quru şampun” nədir?  Can qurtaran vasitə

Yəqin ki, son zamanlarda parfümeriya dükanlarında "quru şampun" adlandırılan vasitəyə tez-tez rastlayırsız. Əslində bu vasitə bir çoxlarının ürəyincədir. Çünki saçları tez-tez yağlanan və yumağa vaxtı olmayan şəxslər, əsasən də kişilər üçün "quru şampun" sanki bir xilas yoludur.

Bəs quru şampunlar saçlara ziyan verirmi?

Son.az medicina.az-a istinadən bildirir ki, quru şampunlar saçların yağlılığını aradan qaldırmaq və həcm vermək üçün istifadə edilən ən yaxşı vasitədir. Şaçların çirkli və yağlı olduğu vaxt başı yumadan daha təravətli görkəm əldə etmək bir neçə dəqiqənin işidir.

Amma hər şey ilk baxışda göründüyü qədər də sadə deyil. Məlum olub ki, quru şampunlar əslində saçlara və saç dərisinə ziyandır. Belə ki, quru şampunlardan tez-tez istifadə etdikdə bu bir sıra problemlərə səbəb ola bilər.  

Trixoloqların fikirlərinə görə, başın su ilə yuyulmasını "quru şampun"la təmizləmə ilə əvəz etmək baş dərisində olan maddələr mübadiləsinin pozulmasına gətirib çıxara bilər.