Bakıda ənənəvi "Soyuq əllər, isti ürək” yarmarkası açıldı FOTO


Digərləri 01 Dek 2018 22:11:00 832 0

Bakıda ənənəvi "Soyuq əllər, isti ürək” yarmarkası açıldı   FOTO

Dekabrın 1-də Fəvvarələr meydanında ənənəvi "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkası açılıb. Dalbadal altıncı ildir "Nargis Fund"un təşəbbüsü ilə keçirilən yarmarka 2019-cu il yanvarın 6-dək davam edəcək.

"Azərişıq" ASC, "Bakı Abadlıq Xidməti" MMC və "Pasha Security", habelə "Boutique One", "Azercell", "Azərbaycan çayı", "Berg", "Balkhoorma", "Zeytun bağları", "Muğanbank" və "Coca-cola" yarmarkanın yüksək səviyyədə keçirilməsinə dəstək göstərirlər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ənənəyə görə, tədbirdən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə və əməliyyatına yönəldiləcək. Uşaq evlərinin sakinləri yarmarkanın fəxri qonaqları olacaqlar. Onları əyləncəli proqramlar, maraqlı tədbirlər və sponsorlardan hədiyyələr gözləyir.

Xeyriyyə yarmarkası Fəvvarələr meydanında quraşdırılan kiçik taxta evlərdə təşkil edilib. Burada doğma və yaxınlar üçün Yeni il hədiyyələri - suvenirlər, kitablar, geyim və şirniyyat almaq və bununla da ehtiyacı olan bir çox uşaqlara sevinc bəxş etmək olar. Xudmani kafelər ətirli qəhvə və çay içib qızınmağı, müxtəlif bişintilərin və milli yeməklərin dadına baxmağı təklif edirlər.