Yaponiyada 4K və 8K formatda teleyayımlara başlanılıb


Digərləri 01 Dek 2018 22:16:00 301 0

Yaponiyada 4K və 8K formatda teleyayımlara başlanılıb

Yaponiyanın teleşəbəkələri çox yüksək dəqiqliyə malik görüntülü 4K və 8K formatında yayımlara başlayıb. Bu formatlar görüntünü və səsi adi yüksək keyfiyyətli teleyayımdan dəfələrlə fərqli keyfiyyətdə ötürməyə imkan verir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu münasibətlə dekabrın 1-də Tokioda keçirilən mərasimdə rabitə naziri Masatoşi İşida Yaponiyanın 4K və 8K formatında teleyayım sahəsində aparıcı rol oynayacağını bildirib.