Məgər Allahdan qeyrisinə səcdə etmək olarmı?


Digərləri 01 Dek 2018 21:40:00 274 0

Məgər Allahdan qeyrisinə səcdə etmək olarmı?

Səcdə öz-özlüyündə ibadət hesab olunmur. Əslində səcdə - təzimin bir növüdür. Necə ki, Yusifin (ə) dastanında ona səcdə edirlər. Bu səcdə ibadət hesab olunmur. Ona görə də mələklərin Həzrət Adəmə (ə) səcdə etməkləri sadəcə İlahi əmrə itaət xarakteri daşıyırdı, ibadət deyildi. Və okəs ki, Allahın əmrinə itaət etməz, onu dindar adlandırmaq olmaz.

Bəzən belə sözlər eşidirik ki, İblis (lən) Allahdan qeyrisinə səcdə etməkdən boyun qaçırtmışdır. Halbuki, bu, batil bir fikirdir. İblis əslində Allaha itaətsizlik üzündən bu əməldən boyun qaçırtmışdır. Ondan qeyrisinə səcdə etmək səbəbindən deyil.

Son.az deyerler.org-a istinadən bildirir ki, İblisin (lən) verdiyi cavab bu deyilənləri sübut edir. Belə ki, İblis deyir ki, mən oddan xəlq olmuşam və torpaqdan xəlq olan birinə səcdə etmərəm. Bu sözü ilə təkəbbür nümayiş etdirir, itaət deyil. Bu sözü ilə ilk dəfə olaraq Allaha günah edənlərdən olur, itaət edənlərdən deyil.